İntihar edən üç uşaq anasının məktubu tapıldı: Tənhalıqdan yorulmuşam

Aprelin 24-də meyiti dalğıclar tərəfindən Akkuşa çayından tapılmış, 35 yaşlı Salyan rayon sakini Dadaşova Aysel Vaqif qızının qaldığı evdə ölümündən qabaq yazdığı məktubu tapılıb.

Buta.media xəbər verir ki, Bu barədə Oxu.Az-a Salyan rayon Prokurorluğundan məlumat verilib.

Bundan əvvəl Dadaşovanın kənd məktəbində müəllim işlədiyi xəbər verilirdi. Cümə axşamı isə qadının kənd məktəbində texniki işçi kimi çalışdığı məlum olub.

Üç oğul anası (ən böyüyü 11 yaşında olub), özünü körpüdən çaya ataraq intihar edib. Bu addımı atmazdan əvvəl yazdığı məktubda tənhalıqdan və ona son illər əziyyət verən baş ağrılarından cana gəldiyini bildirib. Məktubda Dadaşova qohumlarından övladlarının qayğısına qalmalarını xahiş edib.

İstintaq nəticəsində məlum olub ki, qadının əri Bakıda tikinti sahəsində çalışır, ona görə kəndə ayda bir dəfə baş çəkir. Bundan başqa, hüquq-mühafizə orqanları Dadaşovanın evindən psixiki pozuntuların və baş ağrılarının müalicəsi üçün yazılmış həkim reseptləri və tibbi preparatlar aşkarlayıb.

İlkin ehtimala görə, intihara qadının depressiv vəziyyətdə olması səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ