Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin edilib.
Buta.media-nın məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən, bu vəzifəyə Nadir Mehdiyev təyinat alıb.
O, xəstəxanada baş direktorun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Mirzəyev Ülvi Əhəd oğlu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin edilmişdi. Keçmiş baş direktor öz ərizəsi ilə işindən azad edilib.