Paşinyan İlham Əliyevin şərti ilə razılaşıb?

Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının iclası Baş nazir Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə "Dağlıq Qarabağın" mövqeyini təmsil etmək vəzifəsini verəcək. 

 

Bu barədə Sputnik Ermənistan-a açıqlamasında politoloq Viqen Hakobyan bildirib.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatının dəyişdirilməsinin mümkünlüyünü qətiyyətlə rəd edib. İlham Əliyevin formulunu Avropa İttifaqı tərəfindən dəstəklənmişdir.

 

Erməni Təhlükəsizlik Şurasının iclası Qarabağda keçirilib. Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Xankəndiyə gəlib.

 

"Əlbəttə, Əliyevlə qarşıdan gələn danışılar zamanı Paşinyan "Qarabağın hakimiyyət" orqanlarından müəyyən bir mandat əldə etmək istəməyini istisna etmirəm, bu, manevr üçün ona yer verəcək", - deyə Hakobyan bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ