“2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər”.
Bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə “Twitter” hesabında yazıb.
O bildirib ki, Rusiya sülhməramlılarının dəstəyi ilə Ermənistan öz qoşunlarını Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa köçürməkdə davam edir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Ermənistandan Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa qanunsuz silah daşınmasına dair məlumat yaymışdı.