Azərbaycan İrana nota verdi

Martın 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub.

Xatırladaq ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ