Bakıda məşhur geyim mağazasından azərbaycanlılara qarşı təxribat - VİDEO

Yasamalda "İnşaatçılar" metrosunun yaxınlığındakı "Bonita" geyim mağazasında erməni mahnısı səsləndirilib.

Buta.media-nın xəbərinə görə, bu barədə jurnalist Könül Aypara məlumay yayıb.

K. Aypara qeyd edib ki, məsələ ilə bağlı mağaza işçilərin iradını bildirib:

"Yaxınlaşıb lazımi iradımı bildirdikdən sobra kassir xanım, "onsuz da kefimiz yoxdur, siz də üstəlik qanımızı qaraldırsız". İstədim, üzr istəyim qanlarını qaraltdığıma görə".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ