"Stress keçirir" : Bəxtiyar Hacıyev qadınlarla yayılan görüntülərdən danışdı

İctimai fəal Bəxtiyar Hacıyev martın 7-də Penitensiar Xidmətin Müalicə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. O, təcridxanada ümumi kamerada saxlanılır.

Bu barədə vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.

Vəkil Hacıyevin səhhəti ilə bağlı danışarkən deyib ki, hazırda reabilitasiya dövründədir, səhhəti yaxşılaşmağa doğru gedir, çəkisində artım var.

Son günlər sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin şəxsi fotoşəkilləri və yazışmaları yayılıb. Bununla bağlı vəkil deyib ki, Hacıyev məsələ ilə bağlı stress keçirir.

"O, nə baş verdiyini tam başa düşə bilmir. Bununla bağlı çox böyük narahatçılıq, stress keçirir. O, məyusluq hissi keçirir. Deyir ki, bu tamam doğru olmayan hərəkətdir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ