Qarabağ erməniləri Azərbaycanla danışıqlardan imtina edirlər

Bu yaxınlarda “Qarabağın dövlət naziri” təyin edilən separatçı Qurgen Nersisyan yaxın vaxtlarda Azərbaycan nümayəndələri ilə heç bir görüş və müzakirə olmayacağını bildirib.

“Biz görüş xatirinə görüş keçirə bilmərik. Təmaslar konkret məsələləri müzakirə etmək üçün keçirilməlidir. İndi top Azərbaycanın tərəfindədir”, - Nersisyan erməni mətbuatına bildirib.

Xatırladaq ki, martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə təmaslara məsul təyin edilmiş Milli Məclisin deputatı Ramin Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xocalı şəhərindəki  Rusiya sülhməramlı kontingentinin qərargahında ermənilərin nümayəndələri ilə görüşüb. Görüş zamanı Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Azərbaycan Respublikasına reinteqrasiyası ilə bağlı ilkin müzakirələr aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ