Mingəçevirdə küçə iti uşağa hücum edib.
Buta.media xəbər verir ki, ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında İncilli yaşayış massivində baş verib.
2007-ci il təvəllüdlü massiv sakini Amil Ramin oğlu Mikayılovu küçədə dolaşan sahibsiz it dişləyərək ağır xəsarətlər yetirib.
Xüsusilə də ayaq nayihəsindən ciddi dişlək yarası alan uçaq xəstəxanaya qaldırılıb.
Ona müvafiq peyvənd vurulub və xəsarətinin bərpası üçün əməliyyat olunub.
Qeyd edək ki, üç gün öncə Sulutəpədə 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun üzünü itin parçalaması ölkədə sahibsiz və quduz it məsələsini gündəmə gətirib.