Bakı metrosunda sərnişin öldü

Bu gün metronun “Koroğlu” stansiyasında ahıl yaşlarında kişi sərnişin vəfat edib.

Bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O qeyd edib ki, sərnişin əvvəlcə özünü pis hiss edib:

“Dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ