Bakıda sərnişin avtobusu belə alovlandı - video

Bu gün səhər saatlarında Bakıda marşrut avtobusu yanıb.

Qaradağ rayonu ərazisində Xocəsən-Sədərək yolunda 596 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus alovlanıb. Nəticədə nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.

Hələ ki, hadisə zamanı xəsarət alanların olub-olmadığı bilinmir.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb: "Hadisə yerində YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti  iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb və yolda hərəkət tam bərpa edilib".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ