İslamabada uçan təyyarə Bakıya təcili eniş etdi

“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

“Boeing 787-9” təyyarəsi yerli vaxtı ilə saat 07:37-də Bakı hava limanında uğurla eniş edib.

Qeyd edək ki, son 12 saat ərzində bu, Bakı hava limanına təcili eniş edənikinci təyyarədir. Martın 2-də axşam saatlarında Banqkok-Amsterdam marşrutu üzrə hərəkət edən “Boeing 787” təyyarəsinin göyərtəsində sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən “EVA Air” aviaşirkəti həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ