Beyləqan rayonunda kütləvi zəhərlənmə olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 28-də Beyləqan şəhərində yerləşən “Gəlinqaya” şadlıq evində baş verib.
Toyda iştirak edən 21 nəfər martın 1-i səhər saatlarında xəstəxanaya müraciət edib. Onların mərasimdə təqdim edilən paytaxt salatından zəhərlənməsi məlum olub.
Xəstəxanaya müraciət etmiş şəxslərin siyahısı:
1964-cü il təvəllüdlü Q.Əliyev
1992-ci il təvəllüdlü Ə.Gözəlova
2008-ci il təvəllüdlü F.Məmmədova
1986-cı il təvəllüdlü Ç.Əhədova
1997-ci il təvəllüdlü Z.Abdullayeva
1979-cu il təvəllüdlü V.Sahabova
1965-ci il təvəllüdlü R.Nəcəfov
1991-ci il təvəllüdlü N.Nəcəfov
1999-cu il təvəllüdlü X.Nəcəfov
2001-ci il təvəllüdlü E.Nəcəfova
1972-ci il təvəllüdlü G.Nəcəfova
1959-cu il təvəllüdlü R.Nəcəfova
1969-cu il təvəllüdlü F.Nəcəfova
1981-ci il təvəllüdlü A.Nəcəfov
1986-cı il təvəllüdlü G.Nəcəfova
1994-cü il təvəllüdlü K.Nəcəfova
2000-ci il təvəllüdlü S.Nəcəfov
2009-cu il təvəllüdlü N.Nəcəfova
1990-cı il təvəllüdlü X.Tağıyeva
2012-ci il təvəllüdlü İ.Tağıyeva və 2018-ci il təvəllüdlü D.Tağıyeva xəstəxanaya müraciət etdikdən sonra onlara tibbi yardım göstərilib. Həmin şəxslər daha sonra evə buraxılıb.
Zəhərlənən şəxslər eyni ailənin üzvləri və yaxın qohumlar olublar.