Bakıda ailə dramı: Arvadını bıçaqlayıb özünü dənizə atdı - FOTO

Bakının Xəzər rayonunda ailə dramı yaşanıb.

Buta.media-nın məlumatına görə, aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəmnində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub.

Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisədən sonra Natiq Dədəcanov Səbail rayonunda, Dəniz Vağzalı ərazisində intihara cəhd edib. N.Dədəcanovu Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilas ediblər.

O, ilkin izahatında bildirib ki, hadisə zamanı affekt halında olub və çox peşmandır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ