Azərbaycanda qadınlar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq

Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib.

“Report”un Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, hazırda qadınların seçim mərhələsidir:

“Qadınların ərazilərdə minaaxtarma əməliyyatlarına cəlb olunması üçün bir müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ