Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib.
“Report”un Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, hazırda qadınların seçim mərhələsidir:
“Qadınların ərazilərdə minaaxtarma əməliyyatlarına cəlb olunması üçün bir müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar”.