Ellada Mustafayeva vəfat etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva vəfat edib.

Bu barədə BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Facebook hesabında məlumat yayıb.

E.Mustafayevanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib. 

Qeyd edək ki, 35 yaşlı sektor müdiri PR sahəsində tanınmış mütəxəssislərdən idi. O, 3 ay əvvəl ailə həyatı qurmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ