Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə məktəbin direktoru Üzeyir Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınıb. Münaqişənin hansı səbəbdən yarandığı məlum olmasa da, dərs saatına görə narazılıq olduğu ehtimal olunur.
Məktəbin direktoru müəllimin ittihamlarını qəbul etməyərək ona şər atıldığını bildirir. Daha sonra müəlllim direktoru söhbət etmək üçün həyətə çağırır. Məktəbin həyətində baş verən prosseslər isə naməlum qalır.
Məsələ ilə Şirvan-Salyan Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə araşdırılır: “Araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək”.