Azərbaycanda ən çox cinayət törədənlər açıqlandı

Azərbaycandakı cinayətkarların böyük əksəriyyəti təhsilsiz və işsiz adamlardır. 

Buta.media xəbər verir ki, Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatı əsasında bu qənaətə gəlib.

DSK-nın məlumatına görə, 2018-ci ildə ölkənin daxili işlər orqanlarında 26,381 cinayət faktı qeydə alınıb. Bu isə 2017-ci illə müqayisədə 1% çoxdur.

Bu cinayətlərin 4,821-i şəxslərə qarşı törədilmiş cinayətlərdir. Törədilmiş cinayətlərdən 12,876-sı iqtisadi xarakterli, 7,029-u ictimai təhlükəsizlik əleyhinə, 1,649-u hakimiyyət əleyhinə (o cümlədən, 356 korrupsiya faktı) və 6-sı digər xarakterli cinayətlərdir.

Nəticədə 16,727 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların da 76,5 faizi əmək qabiliyyəti olan şəxslərdir. Həmin şəxslərin əsas hissəsini (93,1%) işi və təhsili olmayan kişilər təşkil edir. Analizlər göstərir ki, saxlanılan şəxslərin 27,8%-i əvvəllər digər cinayətlərə görə məhkumluğu olmuş şəxslərdir.

Yeri gəlmişkən, ötən il Azərbaycanda cinayətlərin 330-u xarici vətəndaşlar tərəfindən törədilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ