Ceyhun Bayramov: Ermənistan Azərbaycanla təklifini qəbul etmədi

"Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən imtina edir.

Nazir bildirib ki, məsələnin həlli üçün bəlli çağırışlar var: "Ermənistanın xarici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən ölkəsi üçün məqbul olmadığını açıqladı. Hesab edirik ki, bu açıqlama Ermənistanın üçtərəfli bəyanatla bağlı öhdəliyini yerinə yetirməkdə maraqlı olmadığı mənasına gəlir. Laçın yolunda hansısa gərginliyin olmaması üçün verilən təklifdən imtina edir. Ermənistan manipulyasiyalarla məşğul olmaq, beynəlxalq aləmdə çaşdırıcı məlumatların verilməsi ilə yanlış təsəvvür yaratmaq və lazımsız gərginlik yaratmaqda maraqlıdır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ