“Bu gün Azərbaycanda çox pis tendensiya formalaşıb. Bəlli dairələr tərəfindən yersiz mövqe aşılanır ki, siyasi partiya mənsubu, sosial media fenomeni istənilən cinayəti törədə bilər, amma o, məhkum edilməməlidir. Hakimiyyəti tənqid edən şəxsin törətdiyi konkret ictimai təhlükələrə münasibətdə onun barəsində cinayət təqibi başlamaq olmaz. İndi belə çıxır ki, Azərbaycanda istənilən şəxs hakimiyyəti tənqid edərək toxunulmazlıq qazana bilər”.
Bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin plenar iclasında deyib.
“Hakimiyyəti tənqid edən şəxsin hüququ varmı məhkəməyə hörmətsizlik eləsin?! Bu gün görürük ki, iclasöncəsi məhkəmələr qarşısında aksiyalar olur. Şərtləri də budur ki, hakim maddi və prosessual qanunvericiliyi bir kənara atıb bunların siyasi sifarişlərini yerinə yetirməlidir, niyə?
Yeni bir metod tapıblar. Artıq şəhid ailələrini də prosesə cəlb edilər. Bu, iyrənclikdir. Məhkəməni aclıqla, susuzluqla şantaj edib, hakimin iradəsinə təzyiq etmək nə deməkdir?”, - deyə deputat vurğulayıb.