“Azərbaycanda bir gecədə 34 zəlzələ qeydə alınıb”.
Bunu Baku TV-yə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
“İmişlidə baş verən zəlzələ demək olar ki hiss olunmayıb. Yeraltı təkan yerli vaxtla 06:25-də Saatlı stansiyasından 20 km şimal-qərbdə qeydə alınıb. Ümumilikdə bu gecə ölkədə 34 təkan olub. Yaxın günlərdəsə dağıdıcı zəlzələ ehtimalı yoxdur”, - deyə Q.Yetirmişli əlavə edib.
Qeyd edək ki, bu gün İmişlidə maqnitudası 3,6, Lerikdə isə 3,1-ə bərabər olan zəlzələlər baş verib.