Bakıda sərxoş kişi avtomobilləri cızdı - video

Bakıda sərxoş vəziyyətdə 6 nəqliyyat vasitəsinə qəsdən ziyan vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nizami rayonunda müxtəlif ünvanlarda saxlanılan avtomobillərə gecə saatlarında naməlum şəxs tərəfindən qəsdən ziyan vurularaq cızılıb. Araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vasitəsinə ziyan vurduğu müəyyən edilib. Hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev saxlanılıb. Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib.

Qeyd edək ki, Ramil Quliyevin nəqliyyat vasitələrinə ziyan vurması binalarının müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ