Azərbaycanda uşaq kanalı açılır

Azərbaycanda ayrıca uşaq televiziya kanalının açılması məsələsi gündəmə gəlib.


Bunu Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf  Hacıyev deyib.


Onun sözlərinə görə, bir sıra zəruri məsələlər nəzərə alınaraq bu məsələ ətrafında müzakirələr aparılsa da, hələlik yaxın vaxtlarda uşaq kanalının açılması ilə bağlı müsabiqə elan olunması nəzərdə tutulmayıb.


Qeyd edək ki, MTRŞ tərəfindən hazırda ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan olunub.


Müsabiqəyə sənədlərin qəbulu martın 11-dən başlayıb və aprelin 11-dək davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ