Bakıda ağır qəza: Piyada avtobusun təkəri altında qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyitinin “İveco” markalı sərnişin avtobusunun altından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, hadisə Səbail rayon 20-ci Sahə adlanan ərazidə baş verib. Sürücü Abuzər Ayvazov idarə etdiyi “Bakubus” MMC-yə məxsus 99 JK 440 dövlət qeydiyyat nişanlı avtobusla kişini vurub. Avtobusun təkəri altında qalan piyada hadisə yerində ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ