Azərbaycandan şəhid anasının Türkiyəyə göndərdiyi təsirli bağlama - Video

Vətən müharibəsi şəhidi Elgün Abbaslının anasının üzərində oğlunun şəkli olan yardım bağlaması zəlzələdən sağ çıxan Malatyadan olan şəhid Cevdet Şişmanın anası Ayşe Şişmana çatdırılıb.

“Anadolu” agentliyi xəbər verir ki, Azərbaycandan Türkiyəyə yardım materialları daşıyan yük maşınının sürücüsü, “Türkiyədə şəhid anasına veriləcək”, - qeydi ilə ona verilən bağlamanı Afət Təcili Yardım İctimai Birliyinə verib.

Zəlzələ nəticəsində evi dağılmış şəhid anası bildirib ki, bağlamanın üzərindəki şəhid əsgərin şəklini görəndə çox təsirlənib:

“Qutudakı şəkil mənə bəs etdi, dünyam oldu. Bu şəkli çəkib Cevdətimin yanına qoydum”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ