Mübariz Mənsimovdan prezidentliyə namizəd olacaq? - RƏSMİ REAKSİYA

Türkiyədə yaşayan azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimov son zamanlar yenidən media və sosial şəbəkələrin diqqət mərkəzinə düşüb. Son iki gündə sosial şəbəkələrdə həmyerlimizin Azərbaycanda prezidentliyə namizəd olmasına dair çağırışlar yer alır.

Buta.media-nın xəbərinə görə, amma Mübariz Mənsim özü barəsində yayılan bu cür çağırışların təxribat olduğunu deyib.

İş adamı özünün sosial şəbəkədəki hesabında açıqlama yayıb.

Həmin açıqlamanı təqdim edirik:

“Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönümlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur.

O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər inslarımız və dövlətimiz üçün etmişəm.Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram.Bunu edənlər uzun zamandır ki, mənə qarşı “qara piar” aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərketməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. “Palmali”ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur. Bəziləri kimi arxadan oyun oynamıram.

Mən hər zaman Prezidentimin, xalqımın yanındayam. Yediyim qaba tüpürmərəm, bəzi adamlar kimi… Demişəm, bu gün də deyirəm.İş adamı siyasətdən uzaq olmalıdır. İş adamı ancaq dövlətinin yanında olmaldır.”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ