Zaxarova Azərbaycanla müttəfiqlik Bəyannaməsi barədə danışdı

Ötən ilin fevralında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əlbəttə ki, mübaliğəsiz tarixi sənəddir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu sənəddə ölkələr arasındakı münasibətlərin yeni keyfiyyəti qeyd olunub: 

“Bütün sahələrdə əməkdaşlığı əsas istiqamətləri müəyyən olunub. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri həm regional, həm də beynəlxalq planda stabilləşdirici faktordur. Bakı ilə birlikdə bu sənədin müddəalarının reallaşdırılması üzərində işləyirik. Bəyannamənin imzalanmasının bir illiyi münasibəti ilə bir sıra tədbirlər planlaşdırılıb”, o deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ