Türkiyəli iş adamı köhnə maşınla yardım aparan Sərvərə avtomobil hədiyyə etdi - FOTO

Türkiyəli iş adamı Səbahəddin Civelek qırmızı rəngli köhnə VAZ avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edib.

Bu barədə məlumatı sosial şəbəkədə jurnalist Məhəmməd Türkmən paylaşıb.

Məlumata görə, Sərvər Türkiyədə olduğu üçün maşın atasına təhvil verilib.

Qeyd edək ki, Səbahəddin Civelek “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ