Almanlar da Azərbaycan-Ermənistan sərhədinə gəlirlər. Fransızların ardınca

Almaniyadan 15 polis əməkdaşı Ermənistan və Azərbaycan arasında atəşkəsin qorunması üçün Aİ-nin beynəlxalq missiyasında iştirak edəcək, silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfdən sərhəddə patrul xidməti aparacaqlar.

Bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Şteffen Heberştrayt bəyan edib.

“Federal Nazirlər Kabineti Almaniyanın Ermənistan və Azərbaycan sərhədində Aİ-nin yeni missiyasında iştirak etməsi barədə qərar qəbul edib”, - o, brifinqdə deyib.

O, EUMA missiyasında “maksimum” 15 alman hüquq-mühafizə orqanının əməkdaşının iştirak edəcəyini, Avropanın müxtəlif ölkələrindən yığılacaq polis əməkdaşlarının ümumi sayının isə 100 nəfər olacağını qeyd edib.

“Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qaldığı etdiyi üçün yeni missiyaya ehtiyac var”, - deyə o əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Fransa Azərbaycan və Ermənistan sərhədinə Aİ missiyasının bir hissəsi kimi jandarmlar göndərəcəyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ