Abşerondakı hoteldə qadını vəhşicəsinə döydülər

Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən “Oskar” hotelində 39 yaşlı Jalə Əliyeva döyülüb.

Buta.media-nın Virtualaz.org-a istinadən məlumatına görə, hadisə dünən axşam baş verib.

Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb. Qadının hansı mətbuat orqanında çalışdığı hələlik bəlli deyil.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov döyülmə faktını təsdiqləyib. Bildirib ki, qadın təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, həyati təhlükəsi yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ