ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi Türkiyədəki zəlzələdə həlak olub.

Bu barədə universitetdən məlumat verilib.

Qeyd olunub ki, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak vəfat edib.

Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ