Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər və energetika nazirləri Ceyhun Bayramov və Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransı 2023-ün iştirakçıları elan edilib.
Tədbirin açıqlanan iştirakçıları siyahısına Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan da daxildir.
Münhen Təhlükəsizlik Konfransı fevralın 17-dən 19-dək keçiriləcək.