İlham Əliyev və Putin arasında telefon danışığı - Prezidentlər nəyi müzakirə ediblər?

Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafını, o cümlədən enerji və nəqliyyat layihələrini müzakirə ediblər.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi ətraflı müzakirə olunub”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, prezidentlər Cənubi Qafqaz regionunda mövcud vəziyyətə də nəzər salıblar:

“Putin və Əliyev Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl addımların vacibliyini qeyd ediblər”.

Bundan əlavə, bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında müvafiq sazişlərin bütün spektrinin ən yüksək səviyyədə qeyd-şərtsiz yerinə yetirilməsi əhval-ruhiyyəsi təsdiqlənib. Dövlət başçıları müxtəlif formatlarda təmasları davam etdirmək barədə razılığa gəliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ