Bakı Apellyasiya Məhkəməsinin hakiminin evini soydular – YENİLƏNİB

Bakıda məhkəmə hakiminin velosipedini oğurlayan şəxs tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev ONA-nın sorğusuna cavab olaraq bildirib ki,  Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.

 

Şübhəli şəxs barəsində toplanmış materiallar araşdırılaraq məhkəməyə təqdim olunub. E.Mansurov məhkəmənin hökmü ilə həbs edilib.

 

Oğurlanmış velosiped isə müəyyən edilərək maddi sübut kimi istintaqa təhvil verilib və bu barədə sahibi məlumatlandırılıb.

 

Velosipedin sahibinə qaytarılması təmin olunacaq.

 

17:29

 

Bakıda oğurluq hadisəsi baş verib.


 
ONA-nın xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, A.Cəlilov küçəsi ev 26 ünvanında qeydə alınıb. Həmin ünvanda dəyəri 1700 manat olan velosiped oğurlanıb.


 
Velosipedin sahibi, 1969-cu il təvəllüdlü İmanov Azad Nizami oğlu bu barədə polisə müraciət edib.


 
Araşdırma zamanı məlum olub ki, velosiped zəncirlənmiş vəziyyətdə olub. Naməlum şəxs və ya şəxslər zəncirin qıfılını qırılaraq velosipedi aparıblar.


 
Qeyd edək ki, velosipedin sahibi A.İmanov Bakı Apellyasiya Məhkəməsinin hakimidir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ