Ceyhun Bayramov Kahramanmaraşa səfərə gedib - foto

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə gedib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ceyhun Bayramov Kahramanmaraş şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.

Nazir C.Bayramov sözügedən şəhərə səfəri çərçivəsində Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyini (AFAD) ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ