Dövlət Neft Şirkətinin (SOCAR) sabiq vitse-prezidenti Bəhram Hüseynov vəfat edib.
Bu barədə SOCAR-ın vitse-prezidentlərindən Xaliq Məmmədov paylaşım edib. O bildirib ki, B.Hüseynov ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, B.Hüseynov 2016-2021-ci illərdə SOCAR-da Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti olub. Həmin ilin iyulunda SOCAR-ın vəzifədən azad edilən 4 vitse-prezidentindən (Mikayıl İsmayılov, Bəhram Hüseynov, Tofiq Qəhrəmanov və David Məmmədov) biri də B.Hüseynov idi.
Xatırladaq ki, mərhum neft sahəsindəki fəaliyyətinə görə, 2009-cu ildə "Tərəqqi" medalına layiq görülüb.