Vəkillər Elinanın anasına dəstək oldular

162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı açılan cinayət işinə Vəkillər Kollegiyası dəstək olub.

Buta.media məlumat verir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Hacıyevanın anası Sevil Hacıyeva özlərinə vəkil tutmaq üçün maddi imkanlarının olmadığını bildirib.

Bundan sonra VK Rəyasət Heyətinin sədri Anar Bağırov valideynləri kollegiyaya çağıraraq onlara pulsuz hüquqi yardım edəcəklərini bildirib. Bu iş üçün onlara bir neçə vəkil köməkliyini təklif edib. 

Qeyd edək ki, E.Hacıyevanın intiharı ilə bağlı cinayət işi açılıb, hazırda Bakı Şəhər Prokurorluğunda istintaq aparılır. Əldə etdiyimiz məlumata görə, hazırda tək təqsirləndirilən şəxs həmin məktəbin direktoru Sevinc Abbasovadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ