“Qardaşım mənim” - Türkiyə səfiri yardım aparan Sərvərə zəng edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Sərvər Bəşirli ilə telefonda danışıb.

Səfir bu barədə paylaşım edib.

“Ölkəmizdəki zəlzələlər sonrası tək ürək olan, gücü çatdığı qədər yardım səfərbərliyinə girişən bütün Azərbaycan həmrəyliyinin simvolu halına gələn Sərvər Bəşirli qardaşımıza zəng vuraraq ölkəmiz və millətimiz adından təşəkkür etdim. Böyük ürəkli qardaşım mənim”, - paylaşımda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ