Masazırda motosikletçi faciəvi şəkildə öldü - video

Bu gün Abşeron rayonu, Masazır qəsəbəsində motosikletçinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə zamanı 525 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun motosikletçini vurduğu, bundan sonra mişar daşı ilə dolu “Zil” markalı yük maşınının motosikletçinin üstündən keçdiyi bildirilib.

Nəticədə motosikleti idarə edən gənc oğlan hadisə yerində vəfat edib.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ