Tahir İmanov Bakı meri ilə razılığa gəldi: Küçəyə ad verildi

Bakıda bəstəkar, xalq artisti Süleyman Ələsgərovun adına küçə verilib.

Buta.media-nın məlumatına görə, bu barədə ONA-ya bəstəkarın nəvəsi, əməkdar artist Tahir İmanov məlumat verib.

O bildirib ki, Süleyman Ələsgərovun adına küçənin təsdiqlənməsi göstərişi bu gün Prezident İlham Əliyev tərəfindən verilib: 

“Süleyman Ələsgərovun adı Bakı Musiqi Akademiyasının ətrafında olan küçələrdən birinə verilib. Bizim  üçün bu, çox əhəmiyyətlidir. Çünki bizim  ailəmiz də istəyirdi ki, babamızın adı bizim ürəyimizcə olan bir küçəyə verilsin. Süleyman Ələsgərov Şuşadan Bakıya gələndən sonra birbaşa Konservatoriyaya gedib və Üzeyir Hacıbəyov onu qəbul edib. Qalmaq üçün yeri olmadığını öyrənəndə ona Konservatoriyada yaşamağa imkan yaradıb. Buna görə də Bakı Musiqi Akademiyasının ətrafında onun adına küçə verilməsi bizim üçün çox sevindiricidir. Bir daha ölkə başçısına təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, bir müddət öncə Bakı Şəhərİcra Hakimiyyətinin Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib. Lakin Meriyanın təklif etdiyi yerlər Tahir İmanov tərəfindən bəyənilməyib. Artist özü təklif etdiyi yerlərə baxış keçirilmərisini israr edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ