Fransa Azərbaycanla sərhədə qoşun yeridəcək

Fransa Azərbaycanla sərhədə qoşun yeridəcəyini rəsmən bəyan edib.

Bunu Fransa Avropa Parlamentinin deputatı Natali Luazo deyib. O bildirib ki, Fransa Azərbaycan və Ermənistan sərhədində jandarmlar yerləşdirəcək.

“Fransa Azərbaycan və Ermənistan sərhədinə Aİ missiyasının bir hissəsi kimi jandarmlar göndərəcək”, – Luazo deyib.

Avropa Parlamentinin deputatının sözlərinə görə, o, Azərbaycanın “missiya ilə əməkdaşlıq edəcəyinə” ümid edir.

Luazo hesab edir ki, Avropa İttifaqı “özünü münaqişədən çox uzun müddət uzaqlaşdırıb. İndi Aİ və ATƏT daha çox iş görməlidir”.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri M.Boçarnikov bu məlumatı təsdiqləyərək, bunun təhlükəli olduğunu vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ