Artıq çarpayılar ayrılıb, biz xəstələri gətirməyə hazırıq - İlham Əliyev

“Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi”.

Bu sözləri Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.

“O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq”, - deyə dövlət başçısı əlavə edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ