İcra başçısı Ruslanın toyuna görə restorana təzyiq edib? - AÇIQLAMA

AXCP Saatlı şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toy məclisinin rayondakı şadlıq saraylarından birində keçirilməsinə icra başçısının təzyiq etməsi ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

Buta.media-nın məlumatına görə, bəyin atasının bununla bağlı Saatlı rayon İcra Hakimiyyətinə də çağırıldığı qeyd edilib. 

İddia edilir ki, görüşdə ondan nikahın pozulması tələb edilib.

“Qafqazinfo” məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, sosial şəbəkədə yayılanlar şər-böhtandır: “ İcra başçısının rayondakı şadlıq evlərində toyun keçirilməməsinə dair hər hansı tapşırığı olmayıb. Bəyin atası da icra hakimiyyətinə çağırılmayıb. Aprelin 19-da toy ailələrinin öz istəyi ilə həyətdə baş tutub. Qarşı tərəfin də bundan narazılığı yoxdur”.

Qeyd edək ki, Ş. Hacıbəylinin qızı AXCP GK Ali Məclisinin sədri Ruslan Nəsirli ilə ailə həyatı qurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ