İmişlidə yeni doğulmuş körpə öldü

İmişli rayonunda yeni doğulan körpənin həkim səhlənkarlığından öldüyü iddia edilir.

Buta.media xəbər verir ki,Oxu.Az-ın məlumatına görə, hadisə dünən baş verib.

Faktla bağlı İmişli rayon sakini Mürsəlov Mirəziz Mirağa oğlu rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək nəvəsinin həkim səhlənkarlığı ucbatından öldüyünü deyib.

Aparılan araşdırma zamanı məlum olub ki, İmişli şəhəri, S.Əsədov küçəsi 35 ünvanında yaşayan Mürsəlova Nurdan Telman qızı aprelin 20-də qeysəriyyə əməliyyatı olunub. Dünyaya gələn körpənin vəziyyəti ağırlaşdığından onu dərhal Perinatal Mərkəzə göndəriblər. Lakin buna baxmayaraq, uşaq orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bundan öncə Bərdə və Sumqayıtda da yeni doğulan körpə ölümü qeydə alınmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ