Bakıda gecə klubunda ərəb turist ölüb

Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “Baku Musical Center” gecə klubunda müştəri olan 1969-cu il təvəllüdlü Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib.

Dərhal təcili tibbi yardıma müraciət olunub.

Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ