“Nə? Harada? Nə vaxt? (rusca «Что? Где? Когда?») intellektual proqramının yaz mövsümünün final oyunu başa çatıb.
Buta.media xəbər verir ki, İTV-nin baş direktoru Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?" oyunun yaz seriyasının finalında qalib gəlib.
Azərbaycanlı parlaq zəka, Brilyant və Büllur Bayquş mükafatlarının qalibi Balaş Qasımovun komandası tamaşaçılara qarşı oynayıb və qalib gəlib.
Komandanın tərkibində üçqat Büllur Bayquş mükafatçısı Dmitri Avdeyenko (Moskva), üçqat Büllur Bayquş mükafatçısı Yuliya Lazareva (Moskva), ikiqat Büllur Bayquş mükafatçısı Mixail Skipski (Sankt Peterburq), ikiqat Büllur Bayquş mükafatçısı və “Nə? Harada? Nə vaxt?” oyunun magistrı Yelizaveta Ovdeyenko (Moskva), başqa bir azərbaycanlı zəka Elman Talıbov yer alır.
Qeyd edək ki, mövsümün bağlanış oyunu həm də klubun tarixində beş yüzüncü final oyunu olması ilə əlamətdar olub.