"Azərbaycanı yataqda Cey Kempenə satan" o qadın kimdir? Mirşahindən sensasion anons - VİDEO

REAL televiziyasının rəhbəri, tanınmış telejurnalist Mirşahin Ağayev özünün müəllif verilişində sensasion faktlar açıqlayıb. "Mir Şahinin vaxtı" adlı müəllif verilişinin bugünkü, son buraxılışında M. Ağayev şərti adı "sevincək anonslar" adlandırıla biləcək iddialarla və bu iddiaları təsdiqləyəcək əyani vəsaitlərlə çıxış edib.

"Məsələn bu gombul, tösmərək cənaba diqqətlə baxın. Birinci sual: Bu toppuş, xata çarpayısına malik, şirin təbəssümlü, maraqlı cənab kimdir? Bu çarpayıda Azərbaycanı kim və neçəyə və hansı ölkənin xüsusi xidmətinə təklif edir. İpucu verirəm. O şəxsi Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, yəni Milli-milsiz bütün Şura, özünə bənzər güruh öz payına Azərbaycanın ən qeyrətli qadınlarından biri hesab edir. Son zamanlar bu qeyrətli qadını bir GEYrətli kişi qırığı daha ardıcıl qoruyur. Yəni o qadın çoooox demokratik birisidir. Bədəninin hər bir üzvünə tam azadlıq verib. Harası nəyi istəyirsə, ixtiyar sahibidir. Demokratiyanın əlahiddə götürülmüş bir vücudda tam təntənəsi.

İkinci sual. Diqqət çarpayıya! Yataqdakı nimçədə iki alma var. Daha doğrusu bir alma və ikincinin yarısı. Bu alma parçası kimin ağzından qalan şirin sevgi izidir. Alma olmağına almadır, amma qadın Həvva deyil. Bəs kimdi? Fantaziyanızı işə salın... və nəhayət üçüncü sual: Aranızda belə bir ad eşidən var? Cey Kempen. Kempen Cey! Bir ipucu da burda verim. Xüsusi xidmət orqanlarının samballı əməkdaşıdır. Bu üç sual ətrafında düşünün. Biz mövzuya gələn həftə, onun təqvimi ilə desək yeddi gecə sonra qayıdacayıq".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ