Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış diplomatik korpusun əməkdaşları Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Twitter"də paylaşım edib.

“Həmkarlarımızla birgə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış əməkdaşlarını ziyarət etdik. Qəhrəmanlarımıza tezliklə şəfa və möhkəm cansağlığı arzu edirik!", - deyə XİN başçısı bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ