Hafiz Hacıyev "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda çətin vəziyyətdə olduğunu bilidirib.
O, acından ölənin biri olduğunu deyərək ayaqqabısını çıxardıb:
"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".
Partiya sədrinin bu hərəkətindən sonra canlı yayıma xeyli sayda tamaşaçı yazaraq ona ayaqqabı almağı təklif ediblər.